Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #Humanitar yardım, #Kiyev, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yanvarın 9-da Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko Azərbaycanın bu ölkədəki səfiri Seymur Mərdəliyevlə görüş keçirib.

presstvaz bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Tərəflər Ukrayna və Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiqləyiblər, həmçinin ikitərəfli əməkdaşlığın bütün qarşılıqlı maraq doğuran sahələri üzrə prioritet istiqamətlər barədə fikir mübadiləsi aparıblar.

Görüş zamanı beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub. Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata – GUAM-a sədrliyi kontekstində diplomatlar GUAM Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının çağırılması məsələsinə xüsusi diqqət yetiriblər.

Oleksandr Mişenko Azərbaycana göstərilən humanitar yardıma, xüsusilə Ukraynanın enerji sisteminə və mülki infrastrukturun bərpasına verilən dəstəyə görə təşəkkürünü bildirib.

Öz növbəsində, Seymur Mərdəliyev ölkəsinin Ukraynaya praktiki yardımın artırılmasına və Kiyevlə Bakı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə hazır olduğunu vurğulayıb.

Ukrayna humanitar yardımlara görə Azərbaycana təşəkkür edib


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv