AZAL təyyarəsinin qəzası: Putin, Bastrıkin və Rusiyanın müxtəlif variantları

AZAL təyyarəsinin qəzası: Putin, Bastrıkin və Rusiyanın müxtəlif variantları






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Audi, #Azərbaycan, #Bakı, #Caliber, #Hadisə, #Qazax, #Qazaxıstan, #Qroznı, #Rusiya, #təyyarə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“2024-cü il dekabrın 25-də Rusiya hava məkanında baş vermiş Azərbaycan avialayneri ilə bağlı faciə artıq çoxdan aviasiya insidenti çərçivəsindən çıxaraq, Rusiya dövlət sistemində eyni fəlakətə dair bir-birini istisna edən versiyaların necə yanaşı mövcud ola bildiyini göstərən nümunəvi hadisəyə çevrilib”.

presstvaz xəbər verir ki, bu barədə “Caliber” “YouTube” kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunur.

Bildirilir ki, söhbət Bakı-Qroznı reysini yerinə yetirən AZAL aviaşirkətinə məxsus “Embraer-190” təyyarəsinin Rusiya HHM qüvvələri tərəfindən vurulmasından və nəticədə Qazaxıstanın Aktau şəhərində qəzaya uğramasından gedir:

“Hadisə nəticəsində 38 nəfər həlak olub, onlarla insan yaralanıb. Lakin bu gün problemin mahiyyəti təkcə insan faciəsinin miqyasında deyil, Moskvanın baş verənlərin səbəblərini necə izah etməsində və bu izahlara kimin inanmasını gözləməsindədir.

Qəza baş verən kimi “əlverişsiz hava şəraiti”, “quşlarla toqquşma” və ya “qaz balonunun partlaması” kimi versiyaların son dərəcə şübhəli olduğu aydın oldu. Füzelyajda müşahidə olunan xarakterik zədələrin fotoları, sağ qalan sərnişinlərin havada qəfil zərbə, ani hermetikliyin pozulması və idarəetmə sistemlərinin sıradan çıxması barədə ifadələri – bütün bunlar adi aviasiya qəzasından deyil, xarici müdaxilədən xəbər verirdi.

Azərbaycan tərəfi hadisənin ilk saatlarından etibarən bu kimi hallarda yersiz olan diplomatik evfemizimlərin arxasında gizlənmədi və açıq şəkildə bəyan etdi: təyyarə Rusiya səmasında vurulub!”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv