Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib

Ucarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan məktəb istifadəyə verilib






presstv

"Presstv"az #Audi, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Kitab, #Orta məktəb, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ucar şəhər 2 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib.

Qeyd edək ki, təhsil müəssisəsinin 1958-1960-cı illərdə inşa olunan binası ötən müddət ərzində köhnəldiyindən istifadəyə yararsız vəziyyətə düşmüşdü.

presstvaz AZƏRTAC-a istinadən xəbər verir ki, bu səbəbdən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 720 şagirdlik yeni məktəb binasının inşasına başlanılıb.

Tikintisi 2025-ci ilin dekabrında başa çatan üçmərtəbəli məktəb 5 korpusdan ibarətdir. Təhsil ocağının fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib.

Şagird və müəllimlərin istifadəsinə verilən sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, kompüter, hərbi hazırlıq, tibb, əmək təlimi otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları, açıq idman meydançası tədrisin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək.

Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv