KİV: ABŞ ordusu Atlantik okeanında neft tankerlərini təqib edir

KİV: ABŞ ordusu Atlantik okeanında neft tankerlərini təqib edir






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Gəmi, #İran, #Kolumbiya, #Rusiya, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələri Atlantik okeanında bu həftənin əvvəlində Venesuela sularını tərk edən bir neçə neft tankerini təqib edir.

presstvaz-ın “The New York Times” qəzetinə istinadən verdiyi xəbərə görə, əksəriyyəti neftlə yüklənmiş gəmilərin şərqə, Afrika və Avropaya doğru üzdüyü ehtimal edilir.

Prezident Donald Tramp dekabrın ortalarında sanksiya altına düşmüş bütün tankerlərin tam blokadasını tapşırdıqdan sonra ABŞ ordusu İran neftinin daşınması üçün Rusiya bayrağı altında üzən “Mariner” (Bella-1) də daxil olmaqla dörd gəmini saxlayıb.

Nəşrin məlumatına görə, hazırda Atlantik Okeanında olan tankerlər qrupunun Venesuela sularını kütləvi şəkildə tərk edərək blokadanı yarmaq istədikləri ehtimal olunur. 15 tankerdən 4-ü şərqə, 5-i isə şimal-şərqə üz tutub. Bir tanker isə Kolumbiya sahillərində yenidən peyda olub. Qalan beş gəminin harada olduğu açıqlanmır. Onların heç birinin son təyinat ünvanları da məlum deyil.

Qəzet Rusiya Dəniz Gəmiçiliyi Reyestrinin məlumatlarına istinadən xəbər verir ki, “Mariner”dən (Bella-1) başqa, bu həftə Venesuela sularından çıxan daha dörd tanker Rusiya bayrağı altına keçiblər. Belə ki, “Veronika” tankeri ABŞ-ni diqqətini yayındırmaq üçün adını “Qalileo” qoyub və Rusiya bayrağını qaldırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv