Rəqəmsallaşma səviyyəsi üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumların siyahısı açıqlanıb

Rəqəmsallaşma səviyyəsi üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumların siyahısı açıqlanıb






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Nəqliyyat, #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasında rəqəmsal transformasiyanın sistemli şəkildə idarəolunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 yanvar tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası” icra olunur və konsepsiya çərçivəsində dövlət sektorunda rəqəmsal həllərin effektivliyinin ölçülməsi, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və təkmilləşdirmə tədbirlərinin planlaşdırılması üçün ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının aparılması nəzərdə tutulur.

Eyni zamanda, dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatları və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirmə tədbirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əsasnaməsi ilə müəyyən edilmiş səlahiyyətlər və digər müvafiq normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir.

Qeyd olunan istiqamətlər üzrə qiymətləndirmə və diaqnostika tədbirlərinin hüquqi və metodoloji əsaslarının müəyyən edilməsi məqsədilə müvafiq normativ hüquqi aktlar təsdiq edilib:

– “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları”;

– “Dövlət orqanlarında (qurumlarında) elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”.

Bu məqsədlə 2026-cı il üzrə diaqnostika və qiymətləndirmələrin aparılması nəzərdə tutulan qurumların siyahısını əhatə edən Fəaliyyət Planı hazırlanıb və ictimaiyyətə təqdim olunur.

Rəqəmsallaşma səviyyəsi üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumların siyahısı açıqlanıb

Rəqəmsallaşma səviyyəsi üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumların siyahısı açıqlanıb

Rəqəmsallaşma səviyyəsi üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumların siyahısı açıqlanıb

Rəqəmsallaşma səviyyəsi üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumların siyahısı açıqlanıb

Rəqəmsallaşma səviyyəsi üzrə diaqnostika və qiymətləndirmə aparılacaq qurumların siyahısı açıqlanıb


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv