Son amnistiya aktı neçə məhkum barəsində tətbiq olunub?

Son amnistiya aktı neçə məhkum barəsində tətbiq olunub?






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Ədliyyə Nazirliyi, #Konstitusiya və Suverenlik İli, #Məhkum, #Milli Məclis, #Müharibə, #Vətən müharibəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixindən 7 yanvar 2026-cı il tarixədək Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri üzrə (Naxçıvan MR də daxil olmaqla) 3 846 məhkum barəsində tətbiq olunub.

Bu barədə presstvaz-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 1 799-u müəyyən müddətə azadlıqdan məhrum etmə, 1 764-ü azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. 250 nəfərin azadlıqdan məhrumetmə, 33 nəfərin isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaları altı ay azaldılıb.

Həmçinin qeyd olunub ki, cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə iki nəfər, qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə isə səkkiz nəfər cəzadan azad olunub.

“Amnistiya tətbiq olunmuş şəxslərdən 367-si böyük ictimai təhlükə törətməyən, 2 992-si az ağır, 487-si ağır cinayətlər törətmiş şəxslərdir.

Həmçinin amnistiya tətbiq olunmuş şəxslərdən 3625-i kişi, 210-u qadın, 11-i yetkinlik yaşına çatmayan şəxsdir.

Amnistiya aktının icrası davam etdirilir”, – deyə cavabda vurğulanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv