Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Vəzifə, #Yeni təyinat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 7 yanvar 2026-cı il tarixli qərarlarına əsasən MDM-in Müşahidə Şurasında yeni təyinatlar həyata keçirilib.

presstvaz xəbər verir ki, qərara əsasən, Umeyra Fərhad qızı İbrahimova Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib. U.İbrahimova bu təyinata qədər MDM-in Müşahidə Şurası sədrinin müavini vəzifəsində çalışıb və 2023-cü ilin mart ayından 7 yanvar 2026-cı il tarixinədək sözügedən vəzifəni icra edib.

Həmin tarixli digər qərara əsasən, Ağahüseyn Kamal oğlu Xudaverdiyev Milli Depozit Mərkəzinin Müşahidə Şurası sədrinin müavini vəzifəsinə təyin edilib. A.Xudaverdiyev 8 may 2023-cü il tarixindən hazırkı təyinata qədər MDM-in İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Bundan başqa, MDM-in İdarə Heyətinin sədri vəzifəsinə də təyinat olub. Bu vəzifəyə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışan Elçin Ağaməmməd oğlu Əlizadə seçilib.

Fotoda Umeyra Fərhad qızı İbrahimova

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub

Fotoda Ağahüseyn Kamal oğlu Xudaverdiyev

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub

Fotoda Elçin Ağaməmməd oğlu Əlizadə

Milli Depozit Mərkəzinin Müşahidə Şurasına və İdarə Heyətinə yeni sədr təyinatları olub


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv