Dərmanları düzgün saxlamaqla keyfiyyətini qorumağın yolları

Dərmanları düzgün saxlamaqla keyfiyyətini qorumağın yolları






presstv

"Presstv"az #Audi, #Günəş, #Həkim, #Rusiya, #Soyuducu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dərmanların, məsələn, mətbəxdə və ya vanna otağında düzgün saxlanmaması onların keyfiyyətinə təsir göstərir”.

presstvaz xəbər verir ki, bu barədə tibb elmləri doktoru, professor, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Olqa Tkaçeva Gazeta.Ru-ya bildirib.

“Dərmanların düzgün saxlanmasına xüsusi diqqət yetirilməlidir. Yaşlı insanlarda unutqanlıq səbəbindən dərmanlar tez-tez masanın üstündə və ya vanna otağında qalır. Yüksək temperatur, rütubət və buxar dərmanların xüsusiyyətlərini tədricən dəyişir. İstənilən dərmanlar təlimatlara uyğun saxlanmasa, yararsız hala düşə, hətta zərərli ola bilər: yüksək rütubət və ya günəşin birbaşa şüaları aktiv maddələri məhv edə bilər”, – həkim deyib.

Həmçinin müddəti keçmiş dərmanların, rəngi, qoxusu, konsistensiyası dəyişmiş dərmanların utilizasiyası vacibdir, amma yaşlı insanların çoxu buna diqqət yetirmir.

“Xarab olmuş dərmanları qəbul etməmək üçün ilk yardım çantasını mütəmadi olaraq nəzərdən keçirmək, saxlama müddəti ötmüş dərmanları atmaq vacibdir. Dərmanlar üçün ayrıca şkaf və ya qutu seçin. Dərmanları vanna otağında, mətbəxdə və ya pəncərənin kənarında saxlamayın. Optimal saxlama yeri quru, sərin və işıqdan birbaşa qorunan yerdir. Təlimata uyğun olaraq, onları soyuducuda saxlamaq da olar, amma donmamalarına diqqət yetirmək vacibdir. Həblər sonadək öz qabarcıqlarında və şüşələrində saxlanılmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv