Salyanda kişi telefona cavab vermədi, etiraz edən sevgilisini döydü

Salyanda kişi telefona cavab vermədi, etiraz edən sevgilisini döydü






presstv

"Presstv"az #Audi, #Cinayət işi, #Hadisə, #Salyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Salyan rayonunda kişi sevgilisini döyüb.

presstvaz-ın məlumatına görə, hadisə rayonun Qaraçala qəsəbəsi ərazisində baş verib. Salyan rayon sakini, 1993-cü il təvəllüdlü Əbülfəz Məmmədov (soyadı şərtidir) Qaraçala qəsəbəsində bir qadınla tanış olub və aralarında sevgi münasibətləri yaranıb.

Bir müddət sonra qadın Əbülfəz Məmmədova zəng etsə də, o, iki gün ərzində telefon zənglərinə cavab verməyib. İki gündən sonra kişi qadının evinə gəlib. Qadın ona zənglərə cavab verməməsini irad tutub və nəticədə tərəflər arasında mübahisə yaranıb. Mübahisə dava-dalaşa çevrilib, Əbülfəz Məmmədov qadını yumruq zərbələri ilə döyüb, daha sonra isə onun qolunu dişləyib.

Hadisədən sonra qadın polisə müraciət edib. Əraziyə polis əməkdaşları gəliblər və Ə.Məmmədov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və materiallar məhkəməyə göndərilib.

Salyan Rayon Məhkəməsinin hökmü ilə Əbülfəz Məmmədova 1 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib və onun barəsində elektron qolbaq tətbiq olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv