“Qarabağ” bolqarıstanlı futbolçunu transfer etmək istəyir

“Qarabağ” bolqarıstanlı futbolçunu transfer etmək istəyir






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Avropa, #Bolqarıstan, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Slaviya”nın 19 yaşlı bolqarıstanlı cinah oyunçusu Kristian Balov “Qarabağ”ın diqqətini cəlb edib.

presstvaz xəbər verir ki, bu barədə jurnalist Ben Ceykobs məlumat yayıb.

Məlumata görə, Balovun klubla müqaviləsi 2027-ci ilin yayına qədər olsa da bir sıra Avropa klubları gənc oyunçunu hədəfə alıblar.

“Köhlən atlar”la yanaşı, “Anderlext”, “Trabzonspor”, “Rakov” və “Ludogorets” də Balovla maraqlanırlar. Sonuncu hətta oyunçu üçün təklif belə irəli sürüb, lakin “Slaviya” bu təklifi rədd edib. Belə ki, klub Balovu 2 milyon avrodan aşağı qiymətə satmaq fikrində deyil. Halbuki “Transfermarkt” onun hazırkı bazar dəyərini 500 000 avro olaraq qiymətləndirir.

Qeyd edək ki, cinah oyunçusu Bolqarıstanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasında yeddi oyun keçirib. 2025/2026 mövsümündə o, EFBE Liqasının iki oyununda üç qol vurub və üç məhsuldar ötürmə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv