Suriyada gərginlik artır: Hələbin bəzi rayonlarında komendant saatı tətbiq edilir

Suriyada gərginlik artır: Hələbin bəzi rayonlarında komendant saatı tətbiq edilir






presstv

"Presstv"az #Audi, #Bakı, #Hakim, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Suriya Silahlı Qüvvələri Hələbin şimalındakı Əşrəfiyyə və Şeyx-Maqsud rayonlarını bağlı hərbi zonalar elan edib.

presstvaz xəbər verir ki, bu barədə Suriya keçid hökumətinin Müdafiə Nazirliyi rəsmi məlumat yayıb.

“Çərşənbə günü yerli vaxtla saat 15:00-dan (Bakı vaxtı ilə saat 16:00 – red.) başlayaraq Əşrəfiyyə və Şeyx-Maqsud rayonlarında komendant saatı elan edirik. Mülki əhalini Suriya Demokratik Qüvvələrinin (SDQ) tutduqları mövqelərdən uzaq durmağa çağırırıq”, – deyə nazirliyin məlumatında bildirilib.

Hakimiyyət orqanları Liramun qovşağı ərazisində mülki şəxslər üçün humanitar dəhlizlər açıb.

Bundan əvvəl ordu komandanlığı SDQ-ni əldə edilən atəşkəs razılaşmasını pozmaqda, Hələbdə yaşayış məntəqələrini və hökumət qüvvələrini atəşə tutmaqda günahlandırmışdı.

“Davam edən hücumlardan sonra Hələbin şimalında bütün SDQ obyektləri bizim hədəflərimizə çevrilib”, – deyə Suriya ordusundan bildirilib.

Yerli telekanalın məlumatına görə, dünən Suriyanın şimal paytaxtında şiddətli atışmalar nəticəsində ən azı dörd nəfər həlak olub, qadınlar və uşaqlar da daxil olmaqla daha 10 nəfər yaralanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv