Toyda oğurladığı telefonla “WhatsApp”da dələduzluq edən şəxs həbs olundu

Toyda oğurladığı telefonla “WhatsApp”da dələduzluq edən şəxs həbs olundu






presstv

"Presstv"az #Bakı, #Binəqədi rayonu, #İnzibati Xətalar Məcəlləsi, #Mobil telefon, #WhatsApp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Ağ Saray” şadlıq sarayında toy zamanı oğurluq edən şəxs həbs olunub.

presstvaz “Qaynarinfo”ya istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü C.F. saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib. İşə məhkəmədə baxılıb.

Məlum olub ki, təqsirləndirilən şəxs “Ağ Saray”da toyda olan zaman masanın üzərindən Əlihüseyn Kərimova məxsus “Honor” markalı mobil telefonu oğurlayıb və qaldığı hostelə gedib. O, həmin telefonun “WhatsApp” tətbiqinə daxil olub, sahibinin adından borc pul istəyib, öz kartına 230 manat pul göndərtdirib.

Bundan sonra telefonu sındıraraq atıb. C.F. ələ keçirdiyi pulu şəxsi ehtiyacları üçün xərcləyib və ümumilikdə zərərçəkmişə 500 manatdan artıq ziyan vurub.

Məhkəmənin hökmü ilə C.F. İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 23 gün müddətinə həbs edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv