Tramp: “Venesuela ABŞ-yə 50 milyon barelə qədər neft verəcək”

Tramp: “Venesuela ABŞ-yə 50 milyon barelə qədər neft verəcək”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Nikolas Maduro, #Nyu-York, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Prezident Donald Tramp Venesuela hökumətinin ABŞ-yə satış üçün 50 milyon barelə qədər neft verəcəyini və bu tranzaksiyadan (əməliyyatdan) əldə edilən gəliri özünün idarə edəcəyini bildirib.

presstvaz-ın xəbərinə görə, bu barədə Tramp “Truth Social” şəbəkə hesabında yazıb.

“Məlumat verməkdən məmnunam ki, Venesuelanın müvəqqəti hökuməti ABŞ-yə sanksiyalar altında olan 30-50 milyon barel yüksəkkeyfiyyətli neft verəcək. Bu neft bazar dəyəri ilə satılacaq. Gəlirə ABŞ prezidenti kimi mən nəzarət edəcəyəm ki, Venesuela və ABŞ xalqlarının rifahı üçün istifadə olunmasını təmin edim”, – deyə o bildirib.

“Mən ABŞ-nin energetika naziri Kris Rayta bu planın dərhal həyata keçirilməsi ilə bağlı göstəriş vermişəm”, – deyə Tramp əlavə edib.

Onun qeyd etdiyi kimi, neft ABŞ limanlarına çatdırılacaq.

Bildirək ki, Vaşinqton Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodrigesdən ABŞ-nin rəqib hesab etdiyi ölkələrə neft tədarükünü dayandırmasını tələb edir.

“The Washington Post” qəzetinin xarici siyasət üzrə köşə yazarı Devid İqneyşes öz məqaləsində qeyd edib ki, ABŞ administrasiyası Karakasın neft hasilatı qanunlarını ABŞ şirkətlərinin xeyrinə təcili olaraq yenidən yazmasını tələb edib.

Devid İqneyşesin məlumatına görə, Vaşinqton istəyir ki, ABŞ şirkətləri Venesuela neftinə “imtiyazlı giriş” əldə etsinlər.

Həmçinin daha əvvəl bildirildiyinə görə, Vaşinqton administrasiyasının nümayəndələri və Venesuela hökuməti ABŞ-yə neft ixracının artırılması imkanlarını müzakirə edirlər.

Xatırladaq ki, dekabrın 16-da Donald Tramp Venesuelaya gedən və Venesueladan çıxan bütün sanksiyalar altında olan tankerlərin bloklanması əmrini verib.

Yanvarın 3-də Venesuela xarici işlər naziri İvan Hil Pinto ABŞ-nin Karakasdakı mülki və hərbi hədəflərə hücum etdiyini bildirib. Tramp daha sonra hücumları təsdiqləyib və Venesuela Prezidenti Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirildiyini və ölkədən çıxarıldığını elan edib. Onlar ABŞ-yə aparılıb və Nyu-Yorkun cənubundakı Bruklin istintaq təcridxanasında saxlanılırlar. Tramp iddia edir ki, ABŞ Venesuelaya müvəqqəti nəzarəti öz üzərinə götürəcək. Bundan əlavə, ABŞ administrasiyasının rəhbəri əminliyini ifadə edib ki, Vaşinqton ABŞ neft şirkətləri üçün Karakasdan kompensasiyaya nail olacaq. Trampın söz verdiyi kimi, bu şirkətlər Venesuelanın neft infrastrukturunun bərpası üçün vəsait ayıracaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv