“Birbank”lılar yenə “Kontakt”ı seçdilər: Altı il ard-arda

“Birbank”lılar yenə “Kontakt”ı seçdilər: Altı il ard-arda






presstv

"Presstv"az #Audi, #Avropa, #Azərbaycan, #Gürcüstan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən “Kontakt” 2025-ci ili də uğurla başa vuraraq lider mövqeyini qoruyub saxlayıb. Belə ki, şəbəkə “Birbank” taksit kartı üzrə ilin ən çox dövriyyə edən partnyoru adına layiq görülüb. Bununla da, artıq ardıcıl altıncı ildir ki mükafatı qazanan “Kontakt” bu sektorda adını ənənəyə çevirməyi bacarıb.

Uzunmüddətli və stabil nəticələrin göstəricisi olan bu uğur “Kontakt”ın bazardakı liderliyinin təsadüfi deyil, illər üzrə qurulmuş sistemli fəaliyyətin nəticəsi olduğunu göstərir.

Alış-verişi hamı üçün rahat və əlçatan etməyi hədəfləyən şəbəkə “Birbank” istifadəçilərini də xüsusi imkanlar, üstünlüklərlə sevindirir. Belə ki, hal-hazırda kampaniya çərçivəsində “Birbank” taksit kart sahibləri “Kontakt” mağazalarındankontakt.az onlayn platformasından müxtəlif məhsulları 50%-dək endirimlə əldə edə, eyni zamanda ödənişlərini faizsiz şərtlərlə 18 aya bərabər hissələrə bölə bilərlər.

Xatırladaq ki, “Kontakt” Azərbaycanda 50-dən çox mağaza və 100-dən artıq beynəlxalq brendin rəsmi partnyorluğu ilə illərdir regionda öz liderliyini qoruyub saxlayır. Üstəlik, ölkə sərhədlərini aşan şəbəkə Gürcüstanda 5 mağaza olaraq fəaliyyət göstərir. Həmçinin, “Kontakt” Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv