Qızıl bir həftəyə bahalaşdı – AÇIQLAMA

Qızıl bir həftəyə bahalaşdı – AÇIQLAMA






presstv

"Presstv"az #Azərbaycan, #Bahalaşma, #Qiymət artımı, #Qızılın qiyməti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son vaxtlar qlobal miqyasda olduğu kimi, Azərbaycanda da qızılın qiymətində nəzərəçarpacaq yüksəliş qeydə alınır. Xüsusilə toy mövsümünün aktiv dövrünə təsadüf edən bu artım qızıl bazarındakı mövcud vəziyyətə marağı daha da artırır.

presstvaz xəbər verir ki, satıcılar qiymət artımının alıcılıq qabiliyyətinə müəyyən qədər təsir etdiyini desələr də, qızıl alanlar qiymətlərin sürətli dəyişməsindən narazıdırlar.

Bazardakı mövcud vəziyyəti satıcılar belə şərh edirlər:

"Qızılın bahalaşmasına rəğmən, hazırda müştəri çoxdur. İnsanlar təşvişə düşdükləri üçün qızıl almağa daha çox meyillidirlər. Hazırda 585 ayar qızılın qiyməti 170-180 manatdır. 750 ayar qızılın qiyməti isə 200-220 manatdır, ərəb qızılı isə daha bahadır". 

Alıcılar isə qiymət sabitliyinin olmamasından gileylənirlər:

"Qiymətlər çox bahadır. Biz noyabr ayında gələndə tamam başqa qiymətlər idi, indi isə xeyli fərq var. Hətta bir həftənin içində belə qiymətlər dəyişir".

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, bir çox dövlətlər qızıla investisiya edirdi:

"Həmçinin, Azərbaycanda da Neft Fondu öz rezervlərinin bir hissəsini qızıla keçirib. Bu baxımdan dünyada qızılın alışı artdı bu da təbii olaraq qiymət artımına gətirib çıxartdı. Bundan əlavə olaraq qızılı hədiyyə edənlər, toy edənlər və özəl anlarda ilk alınan əşya olduğu üçün bu da zərgərlik tərəfdən də qiyməti artırır". 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv