Əfqanıstanda kişi paltarı geyinmiş cadugər qadınlar mühakimə ediləcəklər

Əfqanıstanda kişi paltarı geyinmiş cadugər qadınlar mühakimə ediləcəklər






presstv

"Presstv"az #Ailə, #Araşdırma, #Audi, #Əfqanıstan, #Kitab

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Əfqanıstanda illərdir kişi paltarı geyinərək, xurafat yayaraq şəriət qanunlarını pozan iki cadugər qadın saxlanılıb.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Fəzilətin təbliği və Pisliklərin qarşısının alınması Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Paktika əyalətinin Barmal qəzasında şəriət qanunlarına zidd olaraq, uzun illərdir kişi paltarı geyinən, kişi saç düzümündə gəzən və cadugərlik edən iki qadın saxlanılıb”, – deyə məlumatda bildirilib.

Mətbuat Xidmətindən verilən məlumata görə, qaydanı pozan şəxslərlə bağlı əhalidən şikayətlər daxil olub. Saxlanılan şəxslərin üzərindən cadugərliklə bağlı kitablar və alətlər aşkar edilib. Səlahiyyətlilər hesab edirlər ki, bu, insanları aldatmaq və ailələrdə nifaq salmaq planından xəbər verir.

İlkin araşdırmadan sonra təqsirləndirilən şəxslər şəriət qanunlarına uyğun olaraq, işlərinə baxılacaq məhkəmələrə göndəriliblər. İslam qanunlarına görə, cadugərlik böyük günah hesab edir. Bununla belə, medianın yazdığı kimi, ölkədə ezoterik xidmətlərə tələbat yüksək olaraq qalır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv