Marko Yankoviç “Qarabağ”dan ayrılacaq? – ÖZÜ AÇIQLADI

Marko Yankoviç “Qarabağ”dan ayrılacaq? – ÖZÜ AÇIQLADI






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Futbol, #Kitab, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Mən ən yaxşı oyunumu “Qarabağ”da göstərmişəm. Klubla müqaviləm 2027-ci ilə qədərdir. Əgər bir gün ayrılmalı olsam, bunu hörmətlə etmək istəyirəm”.

presstvaz xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç “MozzartSport” portalına açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi Qurban Qurbanov haqqında da danışıb:

“Onun haqqında kitab yazmaq olar. Onun ambisiyası, iradəsi, səbir və əzmi inanılmazdır. Q.Qurbanov oyun fəlsəfəsini, inkişaf etmək istəyini oyunçulara da ötürür və bunu qəbul edənlər nəticə qazanırlar. Buna görə də “Qarabağ” hər futbolçu üçün uyğun klub deyil”.

Yankoviç həmçinin “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı gözləntiləri barədə danışıb:

“Bizim əsas məqsədimiz 10 xalla pley-off mərhələsinə vəsiqə qazanmaqdır. “Ayntraxt”la öz meydanımızda oynayırıq və sərfəli nəticə əldə edəcəyimizə inanırıq. “Liverpul”a qarşı oyunda da sona qədər mübarizə aparacağıq”.

Qeyd edək ki, sosial mediada Yankoviçin qış transfer pəncərəsində “Qarabağ”dan ayrılacağı barədə xəbərlər yayılmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv