Dövlət Məşğulluq Agentliyi üç milyon manata ofis icarəyə götürür

Dövlət Məşğulluq Agentliyi üç milyon manata ofis icarəyə götürür






presstv

"Presstv"az #Audi, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dövlət Məşğulluq Agentliyi” publik hüquqi şəxsi aparat və mərkəzi filialları üçün ofis sahəsinin icarəsi xidmətinin satın alınmasına dair tender keçirib.

presstvaz xəbər verir ki, satınalmanın qalibi Gülnarə Sultan qızı İbadova olub. Tenderin ümumi dəyəri 2 milyon 998 min 599.6 manat təşkil edir.

Şərtlərə əsasən, icarəyə götürüləcək ofisin ümumi sahəsi (əsas və yardımçı sahələr daxil olmaqla) 8335 kvadratmetr olmalıdır. Ofis məkanında minimum 140-150 otaq nəzərdə tutulur. Onlardan 50-si 30-35 kvadratmetr, qalanları isə 20-25 kvadratmetr sahəyə malik olmalıdır. Bundan əlavə, ofisdə minimum 5 iclas zalı, hər mərtəbədə isə ən azı 3 mətbəx və 5 sanitar qovşağı olmalıdır.

Texniki tələblərə görə, binada mərkəzləşdirilmiş server otağı, internet xəttinin birbaşa əməkdaşların fərdi kompüterlərinə qoşulma imkanı, 2 sürətli sərnişin lifti və 1 yük lifti mövcud olmalıdır. Həmçinin minimum 60 nəqliyyat vasitəsi üçün yeraltı dayanacaq və ya həyətyanı parklanma sahəsi tələb olunur.

Ofis sahəsinin icarə müddəti 24 ay nəzərdə tutulub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv