KİV: ABŞ-nin Karakasda eşidilən atəş səsləri ilə heç bir əlaqəsi yoxdur

KİV: ABŞ-nin Karakasda eşidilən atəş səsləri ilə heç bir əlaqəsi yoxdur






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Audi, #Hadisə, #Hakim, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin bazar ertəsi axşam Venesuelanın paytaxtı Karakasda Miraflores prezident sarayının yaxınlığında eşidilən atəş səsləri ilə heç bir əlaqəsi yoxdur.

presstvaz xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

“ABŞ hakimiyyəti Venesuelada baş verən atışma ilə bağlı məlumatları diqqətlə izləyir. Rəsmi Vaşinqton sözügedən hadisədə iştirak etməyib”, – deyə adı açıqlanmayan Ağ Ev rəsmisi telekanala bildirib.

Kanalın mənbələrindən birinin məlumatına görə, Miraflores prezident sarayının yaxınlığında, Urdaneta prospektində atəş səsləri eşidilib.

Qeyd edilib ki, atışma həmin ərazidə fəaliyyət göstərən müxtəlif təhlükəsizlik qrupları arasında davam edən qarışıqlıqla əlaqələndirilib.

Telekanalın məlumatına görə, hazırda vəziyyət nəzarət altındadır.

Yerli mediada yayılan iddialara görə, Karakasda baş verən hadisə saray mühafizəçilərinin səhvən Venesuelaya məxsus PUA-lara atəş açması səbəbindən baş verib.

Venesuelanın paytaxtı Karakasdakı prezident sarayının yaxınlığında silah səsləri eşidilib.

presstvaz-ın məlumatına görə, bu barədə “BNO News” portalı məlumat yayıb.

Hadisənin səbəbləri məlum deyil.

“Noticias Caracol” radiostansiyasının mənbələri ərazidəki dövlət qurumlarının təxliyə edildiyini bildirirlər. Qeyd olunub ki, dronlar ərazi üzərində uçub və ehtimal ki, hava hücumundan müdafiə sistemini işə düşüb.

AFP-nin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, vəziyyət nəzarət altındadır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv