Namiq Məna qızı, kürəkəni və nəvəsinin düşdüyü ağır qəzadan danışdı

Namiq Məna qızı, kürəkəni və nəvəsinin düşdüyü ağır qəzadan danışdı






presstv

"Presstv"az #Ailə, #Audi, #Hadisə, #Quba

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Tanınmış meyxana ustası Namiq Mənanın qızı, kürəkəni və nəvəsinin Qubada qəzaya uğraması ilə bağlı yeni detallar məlum olub.

Sənətçi hadisə barədə “Xəzər Axşamı” verilişinə telefon bağlantısı zamanı danışaraq qorxulu anları belə nəql edib:

“Təbiət hadisələrindən kimsə sığortalanmayıb. İki-üç gün bundan öncə uşaqlar Qubaya getmişdilər. Həmin vaxt hava şaxtalı idi, yerlər buz bağlamışdı. Bir az kürəkənimin, belə deyək, səriştəsizliyindən maşını aşırdı. Çox şükür olsun ki, xəsarət alan olmadı. Amma maşın dərədən xeyli məsafədə aşağı yuvarlanmışdı. Onları Allah qoruyub. Nəvəmin 12 yaşı var. Həmin vaxt o, Qubanın füsunkar təbiətini telefonu ilə lentə almaq istəyib və təsadüfən bu hadisə də kadrlara düşüb. Şükürlər olsun ki, heç birində ciddi xəsarət yoxdur”.

Namiq Məna çətin anlarda köməyə çatan Quba sakinlərinə minnətdarlığını ifadə edib:

“Quba ictimaiyyətinə çox təşəkkür edirəm. Hadisə baş verən anda hamı yığışıb gəlib. Maşında xanım olduğunu görüb hətta ailələri ilə yaxınlaşıblar ki, evlərinə aparsınlar. Mən bu insanlığı, bu hadisəni ömür boyu unutmaram”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv