Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? – VİDEO

Hərbçilər üçün müavinət ödənişlərində yeni qayda: Kim nə qədər alacaq? – VİDEO






presstv

"Presstv"az #Nazirlər Kabineti, #Vəzifə, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Nazirlər Kabinetinin qərarı ilə hərbi qulluqçular və ədliyyə orqanlarında çalışan şəxslərin işdən çıxarılarkən alacaqları birdəfəlik müavinətlərin yeni hesablanma mexanizmi müəyyən edilib. Yeni qaydalar müavinətin neçə aylıq olacağını və hansı maaşlar əsasında hesablanacağını dəqiqləşdirir.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki dövrdə bu sahədə müxtəlif hallarda qeyri-müəyyənlik yaranırdı.

Qərara əsasən, xidmətdə son yaş həddinə çatdığı üçün işdən azad edilən şəxslərə daha yüksək məbləğdə birdəfəlik müavinət ödəniləcək. Bu müavinət son vəzifə və rütbə maaşları əsasında hesablanacaq. Beləliklə, şəxsin xidməti başa çatdıqdan sonra sosial təminatı konkret mexanizm əsasında həyata keçiriləcək.

Yeni qaydalara görə, hərbi xidmətdən məhkəmə qərarı istisna olmaqla, başqa əsaslarla azad edilən şəxslərə iki aylıq vəzifə və rütbə maaşı həcmində müavinət ödəniləcək. Əgər şəxs xidmətdə olmanın son yaş həddinə çatdığı üçün işdən çıxarılırsa, bu halda beş aylıq birdəfəlik müavinət nəzərdə tutulur. Yaş həddinə çatmadan xidmətdən azad edilənlər isə iki aylıq müavinətlə təmin olunacaqlar.

Yeni qaydalar müavinətlərin verilməsi ilə bağlı bütün əsas halları sistemləşdirir və hüquqi boşluqları aradan qaldırır. Bu isə gələcəkdə oxşar məsələlərlə bağlı mübahisələrin qarşısını almağa imkan verəcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi bu qaydalar daxili işlər orqanlarının əməkdaşlarına şamil edilmir. Daxili işlər sistemində çalışan şəxslərin sosial təminatı mövcud xüsusi qanunvericilik əsasında tənzimlənir.

 

 

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv