Tramp səhhəti ilə bağlı iddialara belə cavab verdi

Tramp səhhəti ilə bağlı iddialara belə cavab verdi






presstv

"Presstv"az #ABŞ, #Ağ Ev, #Donald Tramp, #Həkim, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ prezidenti Donald Tramp "Wall Street Journal" (WSJ) qəzetinə verdiyi müsahibədə səhhəti ilə bağlı yayılan iddialara aydınlıq gətirib.

presstvaz xəbər verir ki, qəzetə telefonla danışan Tramp həkimlərinin tövsiyə etdiyindən daha yüksək dozada aspirin qəbul etdiyini və bunun əlində görünən göyərmələrə səbəb olduğunu bildirib.

Tramp daha yüksək dozada aspirin qəbul etməsinin səbəbini belə izah edib:
"Aspirinin qanı durulaşdırmaq üçün yaxşı olduğunu deyirlər. Mən ürəyimdən qatı qan axmasını istəmirəm. Nazik, gözəl qan axmasını istəyirəm. Başa düşdünüz?"

Prezident bəzi "xurafatları" olduğunu etiraf edərək, təxminən 25 ildir ki, müntəzəm olaraq aspirin istifadə etdiyini qeyd edib. Müsahibədə ayağındakı şişkinlik üçün xüsusi tibbi corablardan istifadə etməyə çalışdığını, lakin "xoşuna gəlmədiyi" üçün bundan imtina etdiyini də deyib.

Heç vaxt uzun müddət yatmadığını və idman etməyi sevmədiyini bildirən Tramp qaçış trenajorunda saatlarla qaçmağın ona uyğun olmadığını vurğulayıb. "Bəzi görüşlərdə yuxuya getdiyi" iddialarını isə təkzib edərək, sadəcə gözlərini dincəltdiyini söyləyib. Eşitmə ilə bağlı suallara cavabında isə eyni anda çox adam danışanda çətinlik çəkdiyini bildirib.

Qeyd edək ki, Trampın səhhəti son günlər yenidən ABŞ mediasının gündəminə gəlib. Xüsusilə 79 yaşında vəzifəyə başlayan ən yaşlı prezident kimi onun sağ əlində müşahidə olunan davamlı göyərmələr diqqət çəkib. Xəbərlərdə sol əlinin arxasında da rəng dəyişikliyi və yüngül göyərmələrin görüldüyü vurğulanıb.Ağ Ev məsələ ilə bağlı açıqlamasında Trampın sıx görüş qrafiki, tez-tez əl sıxması və müntəzəm aspirin istifadəsinin sağ əlindəki qançırların əsas səbəbi olduğunu bildirmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv