Venesuelaya zərbədən Zelenski narahatdır?

Venesuelaya zərbədən Zelenski narahatdır?






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Donald Tramp, #Kiyev, #Müharibə, #Rusiya, #Ukrayna, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın Ukrayna istiqamətinin zəifləməsindən narahat deyil. ABŞ Prezidenti Donald Tramp Ukrayna mövzusuna maraq göstərməklə Kiyevə nə fayda verib ki?!

presstvaz xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Qərb mediasının ABŞ-ın Venesuelaya endirdiyi zərbələrə görə Kiyevin Vaşinqtonun prioritetlərinin dəyişməsi və Ukrayna istiqamətində marağın zəifləməsindən narahat olması haqda iddialara münasibət bildirərkən qeyd edib.

“Trampı Ukraynanın ərazi itkisi düşündürmür, onun əsas məqsədi müharibəni hətta Donbasın tamamının Rusiyaya təhvil verməsi hesabına olsa belə dayandırmaqdır. Zelenski ona görə Trampla görüşlərə gedir ki, dəvətlərə mənfi cavab versə, ABŞ prezidenti ilə münasibətləri gərginləşdirəcək. O, sadəcə Trampla hər dəfə görüşməyə və Vaşinqtonun təkliflərini müzakirə etməyə hazır olduğunu söyləməyə məcburdur. Zelenskiyə Trampla növbəti qarşıdurma lazım deyil. Ukraynaya ABŞ-ın silahları və hərbi texnikası lazımdır, onu da Avropa üzərindən alır. ABŞ hərbi texnikanı Avropa ölkələrinə satır, onlar da həmin texnikanı Ukraynaya ötürürlər”, – o bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv