KİV: Avropada “gözəgörünməz” təyyarələrin istehsalı başlayacaq

KİV: Avropada “gözəgörünməz” təyyarələrin istehsalı başlayacaq






presstv

"Presstv"az #Audi, #Avropa, #təyyarə, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa İttifaqında radarlara düşməyən (stels texnologiyalı) FMLA çoxfunksiyalı yüngül turbovintli təyyarəsinin istehsalına başlanılır.

presstvaz “Defence Express” nəşrinə istinadən xəbər verir ki, “gözəgörünməz” FMLA (Future Multirole Light Aircraft) layihəsi Avropa Müdafiə Fondunun 2026-cı il proqramı çərçivəsində 15 milyon avro məbləğində maliyyə vəsaiti alıb.

Yeni təyyarə birbaşa atəş dəstəyi, dronların qarşısının alınması, kəşfiyyat, zərbələrin koordinasiyası və hədəf təyini vəzifələrini yerinə yetirmək qabiliyyətində olacaq. FMLA-nın axtarış-xilasetmə işləri də daxil olmaqla mülki missiyalar üçün uyğunlaşdırılması imkanı ayrıca qeyd olunur.

Təyyarə turbovintli mühərriklə təchiz ediləcək, uçuş çəkisi 7.5 tona qədər olacaq və uzunluğu 450 metrdən çox olmayan zolaqlardan qısa uçuş və enişi icra edə biləcək.

Yeni təyyarənin tədarük müddəti hələlik 2035-2040-cı illərə planlaşdırılır ki, bu da layihəni Avropa aviasiyası üçün uzunmüddətli təşəbbüsə çevirir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv