İsti çay həqiqətən isidirmi? – Həkimdən maraqlı açıqlama

İsti çay həqiqətən isidirmi? – Həkimdən maraqlı açıqlama






presstv

"Presstv"az #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mütəxəssislər soyuq havalarda isti içkilərin orqanizmə təsiri ilə bağlı geniş yayılmış fikirlərə aydınlıq gətiriblər. Terapevt Svetlana Burnatskayanın sözlərinə görə, qış aylarında çay, kakao və bulyon kimi isti içkilər faydalı olsa da, bədəni birbaşa "isidən" vasitə hesab edilə bilməz.

presstvaz xəbər verir ki, həkim soyuq havaya çıxmazdan əvvəl isti içki qəbul etməyin əsas məqsədinin susuzluğun qarşısını almaq və enerji səviyyəsini qorumaq olduğunu bildirib. Onun sözlərinə görə, isti yeməklər orqanizmdə istilik istehsalı prosesi olan termogenezi aktivləşdirir. Uzun gəzintilər zamanı termosda ilıq içki və yüngül qəlyanaltı götürmək tövsiyə olunur.

Burnatskaya vurğulayıb ki, içkilər çox isti və ya qaynar olmamalıdır. Qoz-fındıq, şokolad və banan kimi qidalar isə yaxşı seçim sayılır. Çünki onların tərkibindəki yağlar və karbohidratlar orqanizmə əlavə enerji verərək istilik yaranmasına kömək edir.

Mütəxəssis əlavə edib ki, soyuq havada nəfəsalma zamanı bədən daha çox maye itirir. Bu isə susuzlaşmaya və termorequlyasiyanın pozulmasına səbəb ola bilər. Buna görə də gəzinti zamanı hər 45-60 dəqiqədən bir 100-150 ml ilıq maye qəbul etmək məsləhətdir.

Həkim spirtli içkilərdən isə qəti şəkildə uzaq durmağı tövsiyə edib. Onun sözlərinə görə, alkoqol yalnız istilik hissi yaradır, lakin əslində bədənin daha tez soyumasına səbəb olur və hipotermiya riskini bir neçə dəfə artırır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv