36 il sonra 3 yanvar… – ABŞ tarixi təkrarlayır?

36 il sonra 3 yanvar… – ABŞ tarixi təkrarlayır?






presstv

"Presstv"az #ABŞ, #Ekstradisiya, #Fransa, #Hakim, #Nikolas Maduro, #Vaşinqton, #Venesuela

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ 3 yanvar tarixində ikinci dəfə bir Latın Amerikası liderini ələ keçirdi.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, 3 yanvar 2026-cı ildə ABŞ Latın Amerikası ölkəsi Venesuelaya müdaxilə edərək, genişmiqyaslı əməliyyat həyata keçirdi.

ABŞ Prezidenti Tramp əməliyyatın uğurla başa çatdığını və Venesuela lideri Nikolas Maduro ilə həyat yoldaşının ələ keçirildiyini açıqladı.

Trampın əmri ilə reallaşan əməliyyat maraqlı bir tarixə təsadüf edir. Düz 36 il əvvəl, yəni 3 yanvar 1990-cı ildə ABŞ başqa bir Latın Amerikası ölkəsində – Panamada oxşar bir əməliyyat həyata keçirmişdi.

Panamanın ovaxtkı lideri Manuel Noryeqa bir vaxtlar ABŞ-nin müttəfiqi və Mərkəzi Kəşfiyyat İdarəsinin agenti olsa da, 1980-ci illərdə ABŞ ilə münasibətləri gərginləşmiş və Vaşinqton tərəfindən narkotik qaçaqmalçılığı ittihamı ilə üzləşmişdi. 1989-cu ildə Panama seçkilərinin etibarsız elan olunması ilə ABŞ ilə Noryeqanın münasibətləri tamamilə pozulmuşdu.

Ovaxtkı ABŞ Prezidenti Corc Buşun əmri ilə həyata keçirilən Panama əməliyyatı zamanı Noryeqa əvvəlcə Vatikan səfirliyində gizləndi, lakin 3 yanvar 1990-cı ildə ABŞ hakimiyyətinə təslim oldu.

Tutulduqdan sonra Noryeqa Mayami şəhərində məhkəməyə çıxarılaraq mühakimə olundu və təxminən 20 il həbsdə qaldı. Daha sonra çirkli pulların yuyulması ittihamı ilə Fransaya göndərildi. 2010-cu ildə isə Panamaya ekstradisiya olunaraq yenidən məhkəmə qarşısına çıxarıldı və həbs edildi. Səhhəti getdikcə pisləşən Noryeqa 2017-ci ildə vəfat etdi.

presstvaz 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv