Ağ Ev iki məşhur şirkət arasındakı strateji müqaviləni ləğv etdi

Ağ Ev iki məşhur şirkət arasındakı strateji müqaviləni ləğv etdi






presstv

"Presstv"az #ABŞ, #Audi, #Çin, #Dollar, #Donald Tramp

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyə potensial təhdidləri əsas gətirərək, “Emcore” və “HieFo” şirkətləri arasında yarımkeçiricilər üzrə müqavilənin ləğv edilməsinə dair fərman imzalayıb.

presstvaz-ın xəbərinə görə, bu barədə “RIA Novosti” nəşri məlumat verib.

2024-cü ildə “HieFo”nun “Emcore”ya aid yarımkeçiricilər biznesini, eləcə də indium fosfid lövhələri istehsalı müəssisələrini əldə etmək planı açıqlanmışdı. Müqavilənin dəyəri 2.9 milyard dollar dəyərində qiymətləndirilirdi.

“Bu əməliyyat qadağan edilir. İstər birbaşa, istərsə də dolayı yolla, “HieFo”nun özü və ya tərəfdaşları, törəmə şirkətləri, filialları və ya xarici səhmdarları vasitəsilə həyata keçirilməsindən asılı olmayaraq, bu şirkətinin “Emcore”nin aktivləri ilə bağlı istənilən səhmlərə, maraqlara və ya hüquqlara sahib olması da qadağandır”, – deyə Trampın fərmanında bildirilib.

ABŞ prezidentinin fikrincə, “Emcore”un kompüter çipləri istehsalı ilə bağlı aktivlərinin “HieFo”ya verilməsi ABŞ-nin milli təhlükəsizliyinə təhdid yarada bilər. Prezidentin fərmanında qeyd olunur ki, “HieFo” iddia edildiyi kimi, Çin vətəndaşının nəzarəti altındadır.

“Emcore” aerokosmik, müdafiə, kommersiya və sənaye sahələri üçün qabaqcıl inersial (ətalət) naviqasiya məhsulları istehsal edir.

“HieFo” isə fiber optik rabitə sistemləri üçün yüksək effektli indium fosfid əsaslı fotonik cihazlar üzrə ixtisaslaşıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv