Avropa İttifaqının ən çox əməkhaqqı alan məmuru məlum oldu

Avropa İttifaqının ən çox əməkhaqqı alan məmuru məlum oldu






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Beynəlxalq Valyuta Fondu, #Fransa, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın real gəlirləri rəsmi illik hesabatda göstərilən baza maaşından iki dəfə çoxdur.

presstvaz-ın xəbərinə görə, bu barədə “Financial Times” nəşri məlumat verib.

Nəşrin təhlili göstərib ki, 2024-cü ildə Laqardın ümumi gəliri 726 000 avro olub və bu, onun rəsmi bəyan etdiyi 466 000 avrodan 56% çoxdur.

Bu da onu ABŞ Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelldən təxminən dörd dəfə çox əməkhaqqı alan məmur edir. Pauellin maaşı federal qanunla tənzimlənir və təxminən 173 000 avro təşkil edir.

Kristin Laqard təkcə Avropa Mərkəzi Bankında deyil, həm də digər beynəlxalq institurlarda da yüksək vəzifələr tutur. O, Avropa Sistem Riskləri Şurasının sədri və Beynəlxalq Hesablaşmalar Bankının Direktorlar Şurasının üzvüdür. Bundan əlavə, o, dəfələrlə “Forbes” jurnalının versiyasına görə dünyanın ən güclü qadınları arasında yer alıb, 2019, 2020, 2022 və 2023-cü illərdəki reytinqlərdə ikinci yeri tutub.

“Financial Times” qəzeti qeyd edir ki, Kristin Laqardın baza maaşı onu Avropa İttifaqında ən yüksək maaş alan məmur edir.

İndi 70 yaşı olan Laqard əvvəllər Fransanın kənd təsərrüfatı və balıqçılıq naziri, eləcə də iqtisadiyyat, sənaye və məşğulluq naziri olub. Daha sonra o, Beynəlxalq Valyuta Fondunun idarəedici direktoru vəzifəsini tutan ilk qadın olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv