Ərdoğan Trampla telefonla danışacaq

Ərdoğan Trampla telefonla danışacaq






presstv

"Presstv"az #ABŞ, #Donald Tramp, #Hakan Fidan, #Müharibə, #Paris, #Rəcəb Tayyib Ərdoğan, #Rusiya, #Rusiya-Ukrayna müharibəsi, #Türkiyə, #Ukrayna, #Vladimir Putin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla Ukrayna mövzusunda danışıqlar aparacağını açıqlayıb.

presstvaz xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə telefon danışığı 5 yanvar tarixində baş tutacaq.

Ərdoğan bildirib ki, danışıqlar zamanı həm Fələstin məsələsi, həm də Rusiya-Ukrayna müharibəsi müzakirə olunacaq. Türkiyə liderinin sözlərinə görə görüş regional və qlobal proseslər baxımından mühüm əhəmiyyət daşıyır.

O, həmçinin qeyd edib ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə "istəklilər koalisiyası" formatı çərçivəsində keçiriləcək danışıqlarda iştirak edəcək.

Xatırladaq ki, Ərdoğan dekabrın 13-də Ukraynada sülhün yaxın olduğunu bəyan etmişdi. O, Aşqabadda Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ukraynadakı vəziyyətin müzakirə edildiyini və bu mövzuda ABŞ prezidenti Donald Trampla da fikir mübadiləsi aparmağı planlaşdırdığını demişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv