Milli Qəhrəman Polad Həşimovun doğum günüdür

Milli Qəhrəman Polad Həşimovun doğum günüdür






Şəhla Xəlili

"Presstv"az #Ailə, #Audi, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #Bakı, #Başsağlığı, #Doğum günü, #Ermənistan, #Fəxri xiyaban, #Heydər Əliyev, #İlham Əliyev, #Orta məktəb, #Polad Həşimov, #Qəbələ, #Qəbələ rayonu, #Şəhidlər xiyabanı, #Sərəncam, #Təhsil, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.
Qəhrəman generalın xatirəsi ehtiramla anılır

        Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. presstvaz xəbər verir ki, Polad Həşimov 2 yanvar 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində dünyaya göz açıb.

Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçən Polad Həşimov orta təhsilini burada – əvvəlcə 28, daha sonra isə 34 nömrəli tam orta məktəbdə alıb. O, hərbi təhsilini Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirərək peşəkar zabit kimi formalaşıb.

       General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatın qarşısını alarkən ön xətdə döyüş zamanı qəhrəmancasına şəhid olub. Onun şəhid olması xəbəri ictimaiyyətə Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev tərəfindən dərin hüznlə çatdırılıb.

Şəhid generalın nəşi əvvəlcə doğulduğu Vəndam qəsəbəsinə, daha sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. Polad Həşimov 15 iyul 2020-ci ildə Bakıda II Fəxri xiyabanda, polkovnik İlqar Mirzəyevlə yanaşı dəfn olunub. Prezident İlham Əliyev şəhid generalın anası ilə telefonla danışaraq ailəsinə başsağlığı verib və Polad Həşimovun Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.

       2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Qeyd edək ki, Polad Həşimov hərbi xidməti dövründə bir sıra yüksək dövlət mükafatlarına layiq görülüb. O, 2003-cü ildə mayor rütbəsində olarkən “Hərbi xidmətlərə görə” medalı ilə, 2009-cu ildə isə polkovnik-leytenant rütbəsində “Vətən uğrunda” medalı ilə təltif edilib. 2014-cü ildə III dərəcəli, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə isə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.

       2016-cı ilin Aprel döyüşləri zamanı Talış istiqamətində aparılan hərbi əməliyyatlarda 1-ci Ordu Korpusunun Qərargah rəisi olan Polad Həşimov yaralanmasına baxmayaraq döyüşü tərk etməyib. 2019-cu ilin iyun ayında ona general-mayor ali hərbi rütbəsi verilib və daha sonra 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.

Şəhid generalın xatirəsi Azərbaycanda və xarici ölkələrdə əbədiləşdirilib. Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçə, Bakı şəhərində isə paytaxt küçələrindən biri Polad Həşimovun adını daşıyır. Türkiyənin Bursa vilayətinin Osmanqazi rayonunda da onun adına park salınıb.

       Polad Həşimovdan geriyə Davud və Teymur adlı oğulları, Aybəniz adlı qızı yadigar qalıb. Onun adı Azərbaycan tarixində Vətənə sədaqətin, fədakarlığın və qəhrəmanlığın simvolu kimi daim yaşayacaq.

Şəhla XƏLİLİ,

presstvaz Azərbaycan xəbər portalı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.