Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər

Bədəndə iltihabı artıran "SAĞLAM" vərdişlər






presstv

"Presstv"az #Araşdırma, #Arıqlama, #arıqlamaq, #İdman, #Saç tökülmə, #Saç tökülməsi, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gündəlik vərdişlərin bəziləri faydalı görünsə də, sağlamlığa zərər verə bilər.

presstvaz xəbər verir ki, gündəlik həyata uyğunlaşdırılan bəzi vərdişlər bədəndə iltihabın yaranmasına səbəb olur:

Həddindən artıq idman: İdman və fiziki aktivlik sağlam bədənin əsas sütunlarından biri olsa da, bu vərdişin ölçüsündə edilməsi vacibdir. Məşq zamanı bədəni həddən artıq yoran hərəkətlərin davamlı təkrarlanması əzələlərin bərpa olunmasına mane olur və bu da həmin nahiyədə iltihablanmaya səbəb olur. Nəticədə oynaq və əzələ ağrıları, müxtəlif xəstəliklər yarana bilər.

Yetərsiz qidalanma: Arıqlamaq məqsədilə az qidalanan və ya yemək vaxtlarını buraxan insanlarda bədən özünü təhlükə altında hiss edir və hüceyrə mexanizmlərini işə salır. Nəticədə saç tökülməsi, halsızlıq və əzələ ağrıları kimi yan təsirlər ortaya çıxır. Eyni zamanda immun sistemi zəifləyir və bərpa prosesi uzanır.

Lazımsız əlavələr: Xaricdən sağlam və zərərsiz görünən vitamin və mineral əlavələrinin həddindən artıq və ya ehtiyac olmadığı halda istifadəsi düzgün deyil. Qaraciyər və həzm sistemi üzərində artıq yük yaradan bu cür istifadə iltihablanmanı artırır. Mütəxəssislər xüsusilə A vitamini, dəmir və yağ turşusu əlavələrinin istifadəsində ehtiyatlı olmağı tövsiyə edirlər. Nəzarətsiz istifadə qaraciyər və immun sistemi ilə bağlı problemlərə səbəb ola bilər.

Daimi stress: Gərgin iş rejimi, davamlı stress və bədənin həddən artıq yüklənməsi də iltihabı artıran amillər sırasındadır. Bədən uzun müddət stress altında qaldıqda immun sistemi həddindən artıq reaksiya verir və iltihab səviyyəsi yüksəlir. Aparılan araşdırmalara görə, uzun saatlar işləyən insanlarda iltihab göstəriciləri daha yüksək olur. Bu isə yuxu problemləri, zəif immunitet və tez-tez xəstələnmə kimi hallara yol açır.

Uzunmüddətli aclıq: Aralıqlı oruc kimi uzun müddət qida qəbul edilməyən vəziyyətlər də sağlam sayılmır. Xüsusilə 48 saat və daha uzun davam edən aclıq dövrlərində bədəndə müvəqqəti də olsa iltihab səviyyəsi artır. Bu hal hormonal balanssızlıq, diqqət pozğunluğu, əsəbilik və başgicəllənmə kimi yan təsirlərə səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv