Messi "Kral" ola bilmədi

Messi "Kral" ola bilmədi






presstv

"Presstv"az #Braziliya, #Futbol, #İnter Mayami, #Lionel Messi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

"Flamenqo"nun və Uruqvay millisinin yarımmüdafiəçisi Corcian de Arraskaeta Uruqvayın "El Pais" qəzetinin "Amerika kralı" mükafatını alıb.

presstvaz axar.az-a istinadən bildirir ki, mükafat Amerika liqalarında ilin ən yaxşı futbolçusuna verilir. Səsvermədə 16 ölkədən 264 jurnalist iştirak edib.

De Arraskaeta səslərin 62,8%-ni toplayaraq sorğuda birinci yeri tutub. O, "İnter Mayami"nin hücumçusu Lionel Messini (14,8%) və "Racing Avellaneda"nın hücumçusu Adrian Martinezi (5%) geridə qoyub.

De Arraskaeta bu mövsüm "Flamenqo" ilə dörd titul qazanıb: Braziliya Çempionatı, Libertadores Kuboku, Braziliya Super Kuboku və Rio-de-Janeyro Dövlət Çempionatı. Uruqvaylı yarımmüdafiəçi komandanın ən çox qol vuran oyunçusu olub.

Qeyd etmək lazımdır ki, Messi bu mükafatı heç vaxt qazanmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv