Yutubda bu kanallar 63 milyard baxış toplayıb

Yutubda bu kanallar 63 milyard baxış toplayıb






presstv

"Presstv"az #ABŞ, #Araşdırma, #Braziliya, #Dollar, #Hindistan, #İspaniya, #Misir, #Pakistan, #Süni intellekt

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yutub alqoritminin yeni istifadəçilərə tövsiyə etdiyi videoların təxminən 20 faizi baxış sayını süni şəkildə artırmaq məqsədi daşıyan, aşağı keyfiyyətli süni intellekt (AI) məzmunudur.

presstvaz xəbər verir ki, bu barədə "Kapwing" şirkətinin araşdırmasında qeyd olunub.

Araşdırma çərçivəsində dünyanın müxtəlif ölkələrindən 15 min məşhur yutub kanalı təhlil edilib. Məlum olub ki, onlardan 278 kanal tamamilə bu cür AI tərəfindən yaradılmış məzmundan ibarətdir. Bu kanallar ümumilikdə 63 milyarddan çox baxış, 221 milyon abunəçi toplayıb və illik təxminən 117 milyon dollar gəlir əldə edir.

Yeni açılmış bir yutub hesabı ilə aparılan eksperiment də problemin miqyasını təsdiqləyib. Tövsiyə olunan ilk 500 videodan 104-ü süni intellektlə yaradılıb. Ümumilikdə isə lentdəki məzmunun təxminən üçdə biri yalnız diqqəti cəlb edib monetizasiya etmək üçün hazırlanmış aşağı keyfiyyətli videolardan ibarət olub.

Bu fenomen qlobal xarakter daşıyır. Məsələn, İspaniyada bu tip kanallara təxminən 20 milyon nəfər (ölkə əhalisinin demək olar ki, yarısı) abunədir. Sonrakı yerlərdə Misir (18 milyon), ABŞ (14,5 milyon) və Braziliya (13,5 milyon) qərarlaşıb.

Ən diqqətçəkən nümunələrdən biri Hindistana aid "Bandar Apna Dost" kanalıdır. Burada meymunun absurd macəraları nümayiş etdirilir və kanal 2,4 milyard baxış toplayıb. Digər nümunə isə Pakistana məxsus "The AIl World" kanalıdır (1,3 milyard baxış), burada rahatladıcı musiqi altında süni intellektlə hazırlanmış daşqın videoları paylaşılır. (axşam.az)


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv