Azərbaycandan ən çox fındıq alan ölkələr məlum oldu

Azərbaycandan ən çox fındıq alan ölkələr məlum oldu






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Almaniya, #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #Bolqarıstan, #Dollar, #Fransa, #Gürcüstan, #İraq, #İspaniya, #İtaliya, #Meşə, #Özbəkistan, #Polşa, #Rusiya, #Türkiyə, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 149.8 milyon ABŞ dolları dəyərində meşə fındığı ixrac edib.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 35.9 milyon dollar və ya 31.5 faiz çoxdur.

Belə ki, 2024-cü ilin 11 ayında ölkədən 113.9 milyon dollar dəyərində meşə fındığı ixrac edilmişdi.

Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında fındıq ixracının əsas hissəsi qabığı təmizlənmiş meşə fındığının payına düşüb.

Hesabat dövründə Azərbaycandan 265.79 ton qabıqlı meşə fındığı ixrac olunub və bu ixracın dəyəri 706.57 min dollar təşkil edib.

Qabıqlı fındığın əsas ixrac bazarları bunlar olub: Rusiya – 134.45 ton (335.84 min dollar), Özbəkistan – 115.99 ton (330.98 min dollar), İraq – 14.97 ton (37.45 min dollar). Az miqdarda ixrac İspaniya və Birləşmiş Ərəb Əmirliklərinə də həyata keçirilib.

Ötən ilin yanvar-oktyabr aylarında ölkədən 15 min 162 ton qabığı təmizlənmiş meşə fındığı ixrac edilib. Bu məhsul üzrə ixracın ümumi dəyəri 123 milyon 748 min dollar olub.

Ən böyük ixrac bazarları: Rusiya – 7 018.6 ton (51.05 milyon dollar), Almaniya – 2 774.22 ton (27.3 milyon dollar), İtaliya – 1 564 ton (14.7 milyon dollar), Türkiyə – 1 265.46 ton (9.58 milyon dollar), İsveçrə – 560 ton (4.54 milyon dollar)

Az miqdarda fındıq Polşa, Litva, Gürcüstan, İspaniya, Fransa, Bolqarıstan, Ukrayna və digər ölkələrə də ixrac olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv