Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı

Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlandı






presstv

"Presstv"az #Audi, #Avto, #Ermənistan, #Gürcüstan, #Nəqliyyat, #Qar uçqunu, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Gürcüstan-Rusiya sərhədinə aparan yolda (Yuxarı Lars gömrük-keçid məntəqəsi) bütün növ nəqliyyat vasitələrinin hərəkəti qar uçqunu təhlükəsi səbəbindən qadağan edilib.

presstvaz “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Avtomobil Yolları Departamenti məlumat yayıb.

Nəqliyyatın hərəkətinə qoyulan qadağa beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (Posta) – Kobi hissəsində qüvvədədir.

Hərbi Gürcüstan yolu kimi tanınan Mtsxeta-Stepantsminda-Lars magistralı hazırda Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yoludur.

Kazbeqi – Yuxarı Lars gömrük-keçid məntəqəsi isə bu gün Gürcüstan-Rusiya quru sərhədində fəaliyyət göstərən yeganə buraxılış məntəqəsidir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv