Yəmənin şərqində separatçılar mövqelərini hökumətyönlü qüvvələrə təhvil verməyə başladılar

Yəmənin şərqində separatçılar mövqelərini hökumətyönlü qüvvələrə təhvil verməyə başladılar






presstv

"Presstv"az #Audi, #Birləşmiş Ərəb Əmirlikləri, #Vəzifə, #Yəmən

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Cənub Keçid Şurası (CKŞ) komandanlığı öz döyüşçülərinin “Vətən Qalxanı”adlanan hökumət qüvvələrinə inteqrasiyası prosesinin başladığını elan edib.

presstvaz TASS-a istinadən xəbər verir ki, bu barədə CKŞ təmsilçisi sözçüsü polkovnik-leytenant Məhəmməd ən-Nakib AIC telekanalında dərc olunmuş müraciətində deyib.

Ən-Nakib bu addımı “ərazi təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əldə edilmiş nailiyyətləri qoruyub saxlamaq məqsədi” daşıdığını bildirib. O qeyd edib ki, bu gündən silahlı qüvvələrə həvalə edilmiş vəzifə və tapşırıqları yerinə yetirmək üçün onların “Vətən Qalxanı”na inteqrasiyası prosesinə başlanılıb.

Ən-Nakibin sözlərinə görə, “Vətən Qalxanı”nın ilk briqadası artıq Hadramaut əyalətinin Tamud rayonuna yerləşdirilib və yaxın vaxtlarda Rama rayonundakı mövqeləri, eləcə də Hadramaut və Əl-Mahradakı bəzi obyektləri hökumət qüvvələrinə təhvil verəcəyi gözlənilir.

Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin dəstəklədiyi Cənub Keçid Şurasından olan separatçıların Yəmənin şərqindəki Hadramaut və Əl-Mahra əyalətlərinə nəzarəti bərqərar etməsindən sonra ölkədə vəziyyət gərginləşib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv