Azərbaycanda satılan avtomobil təkərləri hansı ölkələrdən gətirilir?

Azərbaycanda satılan avtomobil təkərləri hansı ölkələrdən gətirilir?






presstv

"Presstv"az #Audi, #Avto, #avtobus, #avtomobillər, #Azərbaycan, #Çin, #Dollar, #İran, #Meşə, #Nəqliyyat, #Rusiya, #Tailand, #Türkiyə, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana minik avtomobilləri üçün 1 126 058 ədəd təzə pnevmatik rezin şin idxal olunub və idxalın ümumi dəyəri 36 milyon 860.19 min dollar təşkil edib.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, minik avtomobilləri üçün şinlərin əsas idxalçısı Çin olub – bu ölkədən 754 578 ədəd şin gətirilib (20 milyon 688.74 min dollar). Ardınca Tailand (77 317 ədəd, 2 milyon 575.99 min dollar), Türkiyə (69 699 ədəd, 2 milyon 804.87 min dollar), Koreya Respublikası (67 994 ədəd, 3 milyon 487 min dollar), Rusiya (51 990 ədəd, 1 milyon 517.31 min dollar) və Yaponiya (20 532 ədəd, 1 milyon 760.8 min dollar) gəlirlər.

Hesabat dövründə yük avtomobilləri və avtobuslar üçün 319 455 ədəd təzə pnevmatik rezin şin idxal edilib, idxalın dəyəri 34 milyon 373.28 min dollar olub. Əsas idxal ölkələri Çin (231 747 ədəd), Türkiyə (45 723 ədəd) və Rusiya (22 767 ədəd) olub.

2025-ci ilin 10 ayında aviasiyada istifadə üçün 417 ədəd təzə pnevmatik rezin şin idxal olunub (1 milyon 318.91 min dollar), əsas pay Yaponiyaya məxsusdur. Motosikletlər üçün 8 546 ədəd şin idxal edilib (119.11 min dollar), bu seqmentdə əsas tədarükçülər Çin və İran olub. Velosipedlər üçün isə 340 077 ədəd şin ölkəyə gətirilib və idxalın dəyəri 389.1 min dollar təşkil edib ki, bunun böyük hissəsi Çinin payına düşür.

Kənd və meşə təsərrüfatında istifadə edilən nəqliyyat vasitələri üçün 20 321 ədəd rezin şin idxal olunub (3 milyon 745.34 min dollar), əsas tədarükçülər Türkiyə, Rusiya və Çindir. Tikinti, mədənçilik və sənayedə istifadə edilən nəqliyyat vasitələri üçün isə 15 066 ədəd pnevmatik rezin şin idxal edilib (3 milyon 940.12 min dollar).

Hesabat dövründə minik avtomobilləri üçün 129 ədəd, avtobus və yük avtomobilləri üçün isə 819 ədəd bərpa edilmiş şin idxal edilib. Aviasiyada istifadə üçün 681 ədəd bərpa edilmiş şin idxal olunub (840.64 min dollar).

Qeyd edək ki, 2024-2025-ci illərin statistikasına əsasən, ölkəyə il ərzində təxminən 1.8-2 milyon ədəd yeni minik və yük avtomobili şini idxal olunur. Bunun üçün hər il ölkədən kənara təxminən 100-150 milyon dollar vəsait çıxır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv