Azərbaycan limonu hansı ölkələrdən alır? – Siyahıda Afrika ölkələri də var

Azərbaycan limonu hansı ölkələrdən alır? – Siyahıda Afrika ölkələri də var






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Argentina, #Audi, #Azərbaycan, #Braziliya, #Çin, #Dollar, #İran, #Misir, #Rusiya, #Türkiyə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana 18 912.34 ton təzə və ya qurudulmuş limon və laym idxal olunub. İdxalın dəyəri 17 milyon 826.76 min dollar təşkil edib.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, hesabat dövründə bu məhsullar üzrə 4.2 ton ixrac qeydə alınıb və ixracın dəyəri 3.44 min dollar olub.

2024-cü ilin 10 ayı ərzində ölkəyə ümumi dəyəri 18 milyon 471.34 min dollar olan 20 766.06 ton limon və laym idxal edilmişdi. Həmin dövrdə ixrac həcmi 7.34 ton, ixracın dəyəri isə 5.61 min ABŞ dolları səviyyəsində qeydə alınıb. Beləliklə, 2025-ci ildə əvvəlki ilin eyni dövrü ilə müqayisədə idxal həcmi və ixrac göstəricilərində azalma müşahidə olunub.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana limon və laym əsasən aşağıdakı ölkələrdən gətirilib: Türkiyə – 12 239.91 ton (9 milyon 246.96 min dollar), Cənubi Afrika Respublikası – 5 131.02 ton (6 milyon 699.02 min dollar), Argentina – 652.59 ton (878.97 min dollar), İran İslam Respublikası – 381.74 ton (286.31 min dollar), Çin – 263.35 ton (341.44 min dollar), Zimbabve – 88.12 ton (110.15 min dollar), Braziliya – 83.89 ton (172.3 min dollar), Misir – 43.47 ton (54.34 min dollar), Botsvana – 26.35 ton (32.93 min dollar).

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycandan limon və laym ixracı əsasən Rusiya istiqamətində həyata keçirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv