Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək?






presstv

"Presstv"az #Audi, #Bahalaşma, #Qiymət artımı, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Benzin və dizel yanacağında müşahidə olunan qiymət artımı taksi xidmətlərinin tariflərinə də təsir edə bilər.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, mütəxəssislər bildirirlər ki, yanacaq qiymətlərindəki dəyişiklik, ümumilikdə, bir çox sahələrdə qiymətlərin paralel artımına səbəb olur. Artımın nisbətən az olmasına baxmayaraq, təsir etdiyi sahələrdə qiymət artımı qaçılmazdır.

Ekspertlərin sözlərinə görə, yanacağın bahalaşması daşıyıcı şirkətlərdə gediş haqqına birbaşa təsir edəcək. Lakin qiymət artımının ilk olaraq taksi xidmətlərində müşahidə olunacağı ehtimal edilir. Buna səbəb isə taksi xidmətlərinin əsasən özəl daşıyıcı şirkətlər tərəfindən göstərilməsidir.

Məsələ ilə bağlı taksi şirkətləri ilə əlaqə saxlanılıb. “Bolt” daşıyıcı şirkətindən bildirilib ki, hazırda tarif artımı ilə bağlı dəqiq qərar və ya rəsmi məlumat yoxdur. “Uber” şirkətindən isə qeyd edilib ki, müvafiq təhlillər aparıldıqdan sonra tariflərdə dəyişiklik olub-olmayacağına dair qərar veriləcək.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv