Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər

Çinlilər balığın genini dəyişdirib sümüksüz etdilər






presstv

"Presstv"az #Çin

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Çin alimləri demək olar ki, sümüksüz sazan balığı növü yetişdiriblər.

presstvaz xəbər verir ki, Çin Elmlər Akademiyasının tədqiqatçıları gen redaktəsi texnologiyasından istifadə edərək sazan balığında çoxsaylı xırda sümükləri aradan qaldırıblar. Yeni yaradılan balıq növündə onurğa və əsas skelet sümükləri saxlanılsa da, yeməyi çətinləşdirən 80-dən çox xırda sümük yoxdur.

Alimlərin məlumatına görə, bu sazan növü həm daha rahat istehlak olunur, həm də sürətlə böyüyür və xəstəliklərə qarşı daha davamlıdır. Tədqiqatçılar bildiriblər ki, yeni balıq növü balıqçılıq təsərrüfatları üçün daha səmərəli hesab olunur.

Qeyd olunur ki, "Zhongke No. 6" adı verilən bu sazan növünün kommersiya məqsədilə bazara çıxarılması 2026-cı il üçün planlaşdırılır.

Mütəxəssislər hesab edirlər ki, bu yenilik balıq məhsullarına tələbatı artıra və istehlakçılar üçün balıq yeməyi daha təhlükəsiz və rahat edə bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv