Tikinti işlərinin gecə saatlarında aparılması narazılığa səbəb oldu

Tikinti işlərinin gecə saatlarında aparılması narazılığa səbəb oldu






presstv

"Presstv"az #Audi, #Bakı, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 160 ünvanında yerləşən çoxmərtəbəli binanın sakinləri ərazidə aparılan tikinti işlərindən narazılıq edirlər.

Onların sözlərinə görə, hasarlanmış sahədə gecə saatlarında görülən işlər sakinlərin rahatlığını pozur.

“Səhər işləsinlər, gecə saat 12-dən sonra işləmək düzgün deyil. Gecə vaxtı səs-küy salmaq, insanları narahat etmək olmaz. Axşam saat 7-dən gecə 12-yə kimi camaat dincəlir. İşdən yorğun gələn var, xəstə olan var. Gecədən səhərə qədər elə bil adamın başına çəkiclə vururlar”, – deyə sakinlərdən biri narazılığını bildirib.

Məsələ ilə bağlı ərazidə tikinti işləri aparan “Solid Construction” şirkətindən bildirilib ki, tikinti işləri qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti qurumların müvafiq icazəverici sənədləri əsasında gündüz saatlarında həyata keçirilir.

Şirkət nümayəndələrinin sözlərinə görə, iritutumlu nəqliyyat vasitələrinin gündüz vaxtı şəhər ərazisinə daxil olmasına icazə verilmədiyi üçün bəzi zəruri hallarda daşınma işləri gecə saatlarında aparılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv