Səudiyyə Ərəbistanı edamların sayına görə ardıcıl iki ildir öz rekordunu yeniləyir

Səudiyyə Ərəbistanı edamların sayına görə ardıcıl iki ildir öz rekordunu yeniləyir






presstv

"Presstv"az #Audi, #Məhkum, #Müharibə, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı, #Yaxın Şərq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı həyata keçirdiyi edamların sayına görə ardıcıl iki ildir öz rekordunu yeniləyir.

presstvaz AOL-a istinadən xəbər verir ki, bu barədə məlumatı Səudiyyə Ərəbistanında edamları təqib edən “Reprieve” hüquq müdafiə təşkilatı yayıb.

Bildirilir ki, 2025-ci ildə Səudiyyə Ərəbistanında azı 347 nəfər edam edilib. Keçən il isə edamların sayı 345 nəfərə bərabər olub.

Təşkilat qeyd edir ki, cari il monitorinqin aparılmağa başladığı vaxtdan bəri krallıqda “edamlar üzrə ən qanlı il” olub.

“Reprieve” təşkilatının məlumatına görə, edam olunanların əksəriyyəti – təxminən üçdə ikisi – narkotiklərlə bağlı ölümlə nəticələnməyən cinayətlərə görə məhkum ediliblər. Edam edilənlərin yarısından çoxu xarici ölkə vətəndaşları olub və görünür, onlar krallıqda elan edilmiş “narkotiklərlə müharibə” çərçivəsində edam olunublar.

“Səudiyyə Ərəbistanı hazırda tam cəzasızlıq şəraitində hərəkət edir. Bu, insan hüquqlarının müdafiəsi sisteminə sanki lağ etməkdir”, – deyə “Reprieve” təşkilatının Yaxın Şərq və Şimali Afrika üzrə ölüm cəzası şöbəsinin rəhbəri Cid Basyuni bildirib.

O, işgəncələri və məcburi etirafları Səudiyyənin cinayət ədliyyəsi sistemində “endemik” (geniş yayılmış) hallar adlandırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv