İran ərazisində tapılan balıqçı Turan Həsənovun meyiti Azərbaycana təhvil verilib

İran ərazisində tapılan balıqçı Turan Həsənovun meyiti Azərbaycana təhvil verilib






presstv

"Presstv"az #Araşdırma, #Audi, #Azərbaycan, #dənizdə, #İran, #Lənkəran, #Xəzər dənizi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İtkin düşmüş hesab edilən balıqçı Turan Həsənovun meyiti Azərbaycana verilib.

  +

presstvaz APA-ya istinadən xəbər verir ki, 19.12.2025-ci il tarixdə Xəzər dənizinin İran ərazisində meyit tapılması barədə məlumat verilmişdi.

Araşdırmalar zamanı məlum olub ki, meyit Astara rayonunun Şahağac kəndinin itkin düşmüş sakini, balıqçı, 1997-ci il təvəllüdlü Turan Eyvaz oğlu Həsənova aiddir.

Meyitin qarşı tərəfə verilməsi istiqamətində danışıqlar aparılıb və bu gün Turan Həsənovun meyiti Azərbaycana verilib.

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.

Qeyd edək ki, 19 dekabrda səhər saatlarında Astara rayonunun Şahağac kəndi yaxınlığında balıqçılardan biri, 1999-cu il təvəllüdlü Ağadədə Həsənovun meyiti tapılıb. Hər iki balıqçı dekabrın 9-da səhər saat 8 radələrində balıq tutmaq məqsədilə Xəzər dənizinə çıxıb. Onlar itkin düşmüş hesab edilirdilər.

Aidiyyəti orqanlar 10 gün ərzində dənizdə və havadan onların axtarışını aparıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv