Arıqladıcı dərmanlar hansı xəstəlikləri yaradır? – Mütəxəssislərdən XƏBƏRDARLIQ

Arıqladıcı dərmanlar hansı xəstəlikləri yaradır? – Mütəxəssislərdən XƏBƏRDARLIQ






presstv

"Presstv"az #Arıqlama, #arıqlamaq, #Depressiya, #Düzgün qidalanma, #Həkim, #Sağlamlıq, #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son illər sürətli çəki atmaq istəyənlərin üstünlük verdiyi arıqladıcı dərmanlar ciddi sağlamlıq riskləri yarada bilər. Mütəxəssislər bildirirlər ki, həkim nəzarəti olmadan qəbul edilən bu preparatlar bir sıra xroniki və təhlükəli xəstəliklərin yaranmasına səbəb olur.

presstvaz xəbər verir ki, həkimlərin sözlərinə görə, arıqladıcı dərmanların yaratdığı əsas fəsadlar bunlardır:

Ürək-damar xəstəlikləri – ürək döyüntüsünün artması, yüksək təzyiq, aritmiya və infarkt riski

Qaraciyər problemləri – qaraciyər yağlanması, toksiki hepatit və qaraciyər çatışmazlığı

Böyrək xəstəlikləri – böyrək funksiyasının zəifləməsi, susuzlaşma və elektrolit pozğunluğu

Həzm sistemi pozğunluqları – mədə ağrıları, ishal, qəbizlik, bağırsaq problemləri

Sinir sistemi və psixoloji problemlər – əsəbilik, yuxusuzluq, depressiya, təşviş (anksiyete)

Hormonal pozğunluqlar – maddələr mübadiləsinin pozulması, qadınlarda menstrual problemlər

Asılılıq riski – bəzi preparatlar psixoloji və fiziki asılılıq yarada bilər

Mütəxəssislər vurğulayırlar ki, sosial şəbəkələrdə reklam olunan və “tez arıqladır” adı ilə satılan dərmanların bir çoxu sertifikatsız və tərkibi naməlum olur. Bu isə sağlamlıq üçün riski daha da artırır.

Həkimlər arıqlamaq istəyənlərə dərmanlara deyil, düzgün qidalanma, fiziki aktivlik və mütəxəssis nəzarətində sağlam üsullara üstünlük verməyi tövsiyə edirlər. Özbaşına qəbul edilən arıqladıcı preparatların sonradan geri dönməz fəsadlara yol aça biləcəyi bildirilir.

presstvaz


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv