“Azəriqaz”dan iddialara cavab: Kiminsə şübhəsi varsa…

“Azəriqaz”dan iddialara cavab: Kiminsə şübhəsi varsa…






presstv

"Presstv"az #Sosial şəbəkələr

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Son günlər sosial şəbəkələrdə "Azəriqaz" İstehsalat Birliyinin abonentlərə istifadədən artıq ödənişlərin yazılması kimi iddialar səsləndirilir. Sosial şəbəkə paylaşımlarında qeyd edilir ki, istifadə edilmədiyi halda abonentlərə borc yazılır, həmçinin kartla ödəniş edənlərə qəbzlə ödəniş çeki gəlir və sair.

presstvaz xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq "Azəriqaz" İB-dən məlumat verilib ki, "Azəriqaz" İB tərəfindən kiminsə istifadə etmədiyi qaza görə ödəniş tələb edilməsi qətiyyən mümkün deyil.

"Əgər hansısa abonentin "Azəriqaz" tərəfindən yazılan qəbzlərə şübhəsi varsa qurumun baş və ərazi üzrə ofislərinə, satış departamentinə müraciət edib həmin sayğacın təftişini həyata keçirə bilər. Bu ölkənin hüquq mühafizə orqanları, digər aidiyyəti qurumları var ki, "Azəriqaz" İB-nin nəzarət funksiyalarını yerinə yetirirlər".

Qurumdan əlavə edilib ki, bütün illərdə vətəndaşın şübhələri əsasında quruma müraciətlər olur və bu qəbildən olan müraciətlər də azlıq təşkil edir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv