Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb

Bu il Azərbaycana gətirilən vaksinlərin əsas hissəsi Hindistandan alınıb






presstv

"Presstv"az #Almaniya, #Audi, #Azərbaycan, #Belçika, #Bolqarıstan, #Böyük Britaniy, #Böyük Britaniya, #Çin, #Dollar, #Fransa, #Hindistan, #İtaliya, #Niderland, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana insanlar üçün vaksinlərin idxalı 3.52 ton təşkil edib. İdxalın ümumi dəyəri 1 milyon 796.67 min dollar olub.

presstvaz rəsmi statistikaya istinadən xəbər verir ki, bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə kəskin azalma deməkdir. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında ölkəyə 11.61 ton vaksin idxal edilib və idxalın dəyəri 11 milyon 972.32 min dollar təşkil edib. Beləliklə, vaksin idxalı həcm baxımından təxminən 3.3 dəfə, dəyər ifadəsində isə 6.7 dəfə azalıb.

2025-ci ildə idxal olunan vaksinlərin əsas hissəsi Hindistanın payına düşüb. Bu ölkədən 2.01 ton vaksin gətirilib və idxalın dəyəri 1 milyon 80.54 min dollar olub. Digər əsas idxal mənbələri sırasında Fransa (1.04 ton – 519.7 min dollar), Çin (0.25 ton – 36 min dollar), İtaliya (0.06 ton – 24.53 min dollar), Böyük Britaniya (0.06 ton – 24.53 min dollar) və Rusiya (0.05 ton – 73.93 min dollar) yer alıb. Almaniyadan vaksin idxalı dəyər ifadəsində 14.53 min dollar göstərilib.

2024-cü ildə isə vaksin idxalında Fransa əsas pay sahibi olub. Həmin dövrdə bu ölkədən 3.98 ton vaksin idxal edilib və dəyəri 8 milyon 296.82 min dollar təşkil edib. Hindistan (5.32 ton – 2 milyon 306.57 min dollar), Belçika (1.84 ton – 844.84 min dollar), Bolqarıstan (0.15 ton – 45.64 min dollar) və Niderland (0.03 ton – 378.05 min dollar) da əsas tədarükçülər sırasında yer alıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv