Zelenski Trampdan Ukrayna üçün 50 illik təhlükəsizlik zəmanətləri istəyib

Zelenski Trampdan Ukrayna üçün 50 illik təhlükəsizlik zəmanətləri istəyib






presstv

"Presstv"az #ABŞ, #Audi, #Avropa, #Donald Tramp, #Hakim, #Jurnalistlər, #Kiyev, #Müharibə, #Rusiya, #Ukrayna, #Vladimir Putin, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampa Kiyevə 50 illik təhlükəsizlik zəmanətləri verilməsini təklif edib.

presstvaz xəbər verir ki, məlumatı “RBK-Ukrayna” yayıb.

Sayt yazır ki, bu barədə Zelenski jurnalistlərə bildirib:

“Mən ona dedim ki, faktiki bizim müharibə artıq təxminən 15 ildir (hərbi müdaxilədən əvvəlki dönəmlərdəki “soyuq müharibə” dövrünü də nəzərdə tutur-red.) davam edir. Buna görə də çox istərdik ki, zəmanətlər daha uzunmüddətli olsun. Bildirdim ki, biz 30-40-50 illik müddəti nəzərdən keçirmək istərdik. O zaman bu, prezident Trampın tarixi qərarı olacaq. Prezident dedi ki, bu barədə düşünəcək”.

Ukrayna və ABŞ prezidentləri zəmanət məsələlərini dünən Floridada keçirilən görüşdə müzakirə ediblər. Hər iki siyasətçi görüşün nəticəsini müsbət qiymətləndirib.

ABŞ prezidenti qeyd edib ki, məsələlərin 95%-i razılaşdırılıb. Onun sözlərinə görə, Ukraynaya təhlükəsizlik zəmanətlərinin böyük hissəsini Avropa ölkələri öz üzərinə götürəcək.

Rusiya hakimiyyəti Ukraynaya Qərb zəmanətlərinin verilməsinə qarşı deyil. “Biz Rusiya və Ukrayna üçün işlənib hazırlanmalı olan təhlükəsizlik zəmanətlərinə hörmət edəcəyik. Şübhəsiz, Rusiya bu razılaşmalara əməl edəcək”, – deyə Kreml rəhbəri Vladimir Putin bildirib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv