Elm və təhsil nazirinə yeni müşavir təyin olundu

Elm və təhsil nazirinə yeni müşavir təyin olundu






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Emin Əmrullayev, #Magistratura, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Nizami Yusifli nazirin müşaviri vəzifəsinə təyin edilib.

presstvaz bildirir ki, bu barədə   Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nizami Yusifli bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) maliyyə ixtisası üzrə alıb, magistratura təhsilini isə maliyyə bazarları ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

Əmək fəaliyyətinə “EY Azerbaijan” (Ernst & Young) şirkətində başlayan Nizami Yusifli 2020-ci ildən etibarən Azərbaycan İnvestisiya Holdinqində (AİH) müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Peşəkar fəaliyyəti dövründə maliyyə nəzarəti, audit, dövlət aktivlərinin idarə olunması, strateji planlaşdırma, korporativ idarəetmə və investisiya sahələrində geniş təcrübə qazanıb.

Nizami Yusifli eyni zamanda bir sıra özəl müəssisələrdə rəhbər vəzifələrdə çalışıb. Azərbaycan Dövlət İqtisad Universitetinin SABAH qruplarında maliyyə uçotu və korporativ maliyyə fənləri üzrə dərs deyib.\oxu.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv