Yuxusuzluğun müalicəsinə kömək edən zülal aşkarlanıb

Yuxusuzluğun müalicəsinə kömək edən zülal aşkarlanıb






presstv

"Presstv"az #Audi, #Depressiya, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailli alimlər SIRT6 adlı mühüm zülal aşkar ediblər.

presstvaz “IThome” nəşrinə istinadən xəbər verir ki, bu zülal beynin fəaliyyətində əsas rol oynayır və yuxusuzluq, depressiya, eləcə də yaşla bağlı yaddaş pozuntularının müalicəsi üçün yeni üsulların hazırlanmasına kömək edə bilər.

Tədqiqatın mərkəzində triptofan adlı aminturşu dayanır. Triptofan qida vasitəsilə orqanizmə daxil olur və serotonin və melatonin hormonlarının sintezi üçün vacibdir. Serotonin əhval-ruhiyyəyə və öyrənmə qabiliyyətinə təsir göstərir, melatonin isə yuxunu və bioloji ritmləri tənzimləyir.

Lakin triptofan başqa bir yolla da parçalana bilər – kinurenin yolu ilə. Bu halda sinir hüceyrələri üçün zərərli maddələr yaranır. Alimlər müəyyən ediblər ki, SIRT6 zülalı “tənzimləyici” rolunu oynayaraq, serotonin və melatoninin yaranmasına kömək edir.

Yaş artdıqca və bəzi xəstəliklər zamanı SIRT6-nın aktivliyi azalır. Nəticədə faydalı maddələrin miqdarı azalır, toksik birləşmələrin səviyyəsi isə artır ki, bu da yuxu, əhvali-ruhiyyə və düşünmə qabiliyyəti ilə bağlı problemlərə səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv