Tramp-Zelenski görüşündən sonra liderlərdən AÇIQLAMALAR

Tramp-Zelenski görüşündən sonra liderlərdən AÇIQLAMALAR






presstv

"Presstv"az #ABŞ, #Audi, #Donald Tramp, #Mətbuat konfransı, #Münaqişə, #Rusiya, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp tərəflərin Ukraynada nizamlanmaya yaxınlaşdığına əminliyini ifadə edib.

presstvaz xəbər verir ki, o bu fikirləri ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı səsləndirib.

Zelenski ilə görüşündən sonra Tramp Ukraynadakı münaqişənin həllində əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

“Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, ortaq bir anlayışa gəlmişik. Donbas məsələsi həll edilməyib. Bu, çox çətin məsələdir, amma biz onun da həllinə yaxınıq. Ukrayna üçün indi razılaşmaq yaxşıdır, sonra daha çox ərazi itirəcəklər. Ukrayna ərazi məsələlərini ya referendum yolu ilə həll etməli və ya parlamentdə təsdiqləməli olacaq, lakin əhali açıq şəkildə döyüşlərin dayandırılmasını dəstəkləyir. Yaxın həftələrdə biz yekun anlaşma üçün bir araya gələcəyik”, – deyə ABŞ lideri qeyd edib.

Zelenski isə öz növbəsində qeyd edib ki, 20 maddəlik sülh planı 90%, təhlükəsizlik zəmanətləri 100% razılaşdırılıb.

“Bizim mövqeyimizi bilirsiniz. Biz konstitusiyaya və ölkənin bütövlüyünə hörmət etməliyik. Trampın dediyi kimi, bu, mürəkkəb bir məsələdir. Rusiya ilə fərqli fikirlərimiz var. Referendumdan danışarkən, bu, əsas məqamlardan biridir. Referendum ola bilər və ya olmaya da bilər”, – deyə o vurğulayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv